Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-22 17:45:00
Yeni işə qəbul olmuş müəllimlərlə adaptasiya proqramı davam edir  

Yeni tədris ilində işə qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramı onlayn formatda davam etdirilir.

 

AzEdu.az xəbər verir ki, adaptasiya proqramının məqsədi yeni işə qəbul olunmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.

 

Adaptasiya proqramı çərçivəsində Quba Rayon Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev tərəfindən “Yaxşı müəllim necə olmalıdır”, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Sənan Mənsimli tərəfindən “Sinif komplektləşdirilməsi, əmək haqqı və ona əlavələr, əmək məzuniyyəti”, təlimçi Qoşqar Məhərrəmli tərəfindən “İlk dərs gününə hazırlıq”, Valideynlərlə əməkdaşlıq üsulları mövzusunda vebinarlar keçirilib.

 

Nazirliyin struktur bölmə rəhbərləri, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, psixoloqların iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Proqram cari ilin dekabr ayınadək davam edəcək.

 

Adaptasiya proqramında iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:  https://forms.gle/PJu8G8iefYtuzr3n7