Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-15 15:44:00
Nazirliyin himayəyə götürdüyü gənc tələbə adını qazanıb

Gənclər və İdman Nazirliyinin himayəyə götürərək müavinət ayırdığı, erməni terrorundan zərər çəkmiş gənc Sevil Əliyeva tələbə adını qazanıb.

 

AzEdu.az xəbər verir ki , bu münasibətlə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, eləcə də, 1 və 2 saylı Uşaq-Gənclər İdman Şahmat məktəblərinin direktorları Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan Sevillə görüşüblər. Onlar S.Əliyevanı təbrik edərək, ona ali təhsilində uğurlar arzulayıblar.

 

Qeyd edək ki, Sevil Əliyeva Gəncə şəhərində yerləşən və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış Dövlət Aqrar Universitetində Marketinq ixtisası üzrə təhsil alacaq.

 

2020-ci ilin oktyabr ayının 11-də Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalması nəticəsində Sevil valideynlərinin hər ikisini itirib