Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-03 16:00:00
Direktor müavini tibb peşəsinə sevgisi olanları kolleclərə sənəd verməyə çağırıb

"Son vaxtlar bəzi abituriyentlər ali məktəblərə qəbul olmadıqlarına və kənarda qalmamağa görə tibb kollecinə sənəd verirlər".

 

AzEdu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktor müavini Vəfa Əliyeva deyib.

 

Onun sözlərinə görə, tibbə sevgisi olmayan şəxslər qəbul olub bir neçə aydan sonra təhsili yarımçıq qoyurlar: “Həmin şəxslər tibbə sevgisi olan şəxslərin yerlərini tuturlar. Ona görə də xahiş edirəm ki, kollecə mütləq tibbə sevigisi olanlar müraciət etsinlər”.