Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) xarici ölkələrin aparıcı universitetləri ilə bakalavr və magistr təhsili üzrə ikili diplom proqramlarının sayı daha da artırılacaq.
UNEC-dən AzEdu.az-a bildirilib ki, qısa zamanda iki yeni ikili diplom proqramına start veriləcək.
Qeyd edək ki, UNEC-də xarici ölkələrin aparıcı universitetləri ilə bakalavr və magistr təhsili üzrə 8 ikili diplom proqramı reallaşdırılır.