Azedu.az

UNEC-də əcnəbi tələbələrin qəbulu davam edir  

Ali təhsil

9 Avqust 2021, 17:04
UNEC-də əcnəbi tələbələrin qəbulu davam edir  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir.

 

AzEdu.az xəbər verir ki, bu barədə UNEC-dən məlumat verilib. Bildirilib ki, əcnəbi namizədlərdən UNEC-in saytında verilmiş link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur.

İkili vətəndaşlığı və daimi yaşayış icazəsi olmayan əcnəbi vətəndaşlar müraciət edə bilərlər.

Müraciətlərin qəbulu avqustun 31-dək aparılacaq.

Qeyd edək ki, bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərin sənədlərini Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox