Təhsil İnstitutu “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə start verib. Hazırda institutun Metodik Dəstək Mərkəzi tərəfindən layihədə iştirak etmək üçün müraciət edən namizədlərin CV-ləri təhlil olunur.
AzEdu.az bildirilir ki, iyulun 14-31-də müraciət edən namizədlərdən təlimata uyğun gələnlərin elektron poçt ünvanlarına imtahan mərhələsində iştirakla bağlı məlumatlar göndərilib. Namizədlərdən uyğun gələnlər üçün avqustun 10-da seçim imtahanları keçiriləcək.
İyulun 31-dən avqustun 15-dək müraciət edən uyğun namizədlərlə ayın sonuna qədər əlaqə saxlanılacaq.
İmtahandan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət ediləcək.