Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-22 16:51:00
“700 ballıq nəticəni xoşbəxtlik saymaq çox acınacaqlı durumdur” – Ekspertdən sərt yanaşma

“700 bal toplamağı özü üçün xoşbəxtlik sayan cəmiyyət 15-16 yaşlarında ailə qurub xoşbəxt olduğunu zənn edən qızdan heç də fərqlənmir”. 

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti,  təlimçi İlkin Həsənov öz feysbuk hesabında yazıb. O, qeyd edib ki, abituriyent, ailə, məktəb və cəmiyyətin 700 bal toplamağı özü üçün xoşbəxtlik sayması çox acınacaqlıdır:

“Deməli, bir kənddə məktəbin vəziyyəti çox acınacaqlıdır. Qız uşaqları 5-6-cı sinifdən etibarən məktəbə getmirlər və 15-16 yaşlarında ailə qururlar. Səfərlərimin birində bu problemlə bağlı kənd əhalisinin bəziləri - hörmət edilən müəllimlərlə danışdım.

Dəhşət! Erkən yaşda ailə qurmaq məsələsi hələ o tərəfə (hansı ki, özü çox böyük problemdir) bədbəxtlik ondadır ki, həmin bu qız uşaqları və ailələri nəinki böyük problemin içində olduğunun fərqinə varmırlar, əksinə bu halı xoşbəxtlik kimi qəbul edirlər. İndi bu aralar imtahanlar vaxtıdır. Əksəriyyət 700 baldan, onu toplayanlardan danışır. Yəni cəmiyyətin bir gənci dəyərləndirmək meyarı onun ali təhsil zamanı neçə bal toplamasından asılı olub. Kənardan yaranan mənzərə budur ki, 700 bal toplamadınsa o qədər də dəyərli deyilsən”.