Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-05 09:50:00
MTRŞ heç kimə lisenziya vermədi    
Bu gün Milli Televiziya və Radio Şurasının iclasında təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan edilmiş müsabiqəyə yekun vurulub.Müzakirələrin yekununda heç kim qalib gəlməyib. MTRŞ texniki və yaradıcılıq imkanları və kadr potensialı yerində olmadığına, bəzi iddiaçılarda yayım üzrə təqdim olunmuş proqram konsepsiyası müsabiqə şərtlərinə uyğun olmadığına görə iddiaçılara lisenziya verilməsindən imtina olunması barədə qərar qəbul edib.
 
AzEdu.az xəbər verir ki Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz öz facebook səhifəsində yazıb
 
Bildirib ki, MTRŞ-in dövlətə məxsus olan tezlik resurslarından uzun müddət effektiv istifadə edə bilməməsi də doğru bir yanaşma deyil.
Gərək MTRŞ mövcud məhdud tezlik resurslarından səmərəli istifadə üçün ciddi səylər göstərəydi, zamanında bu istiqamətdə mesajlar verməliydi.
Xüsusilə də rəqəmsal yayıma keçdikdən sonra boş qalan efir tezliklərindən istifadə sahəsində MTRŞ-in fəaliyyətini qənaətbəxş hesab etmək olmaz.
Təhsil istiqamətində müəyyən resurslara və təcrübəyə malik olan iddiaçıların da uğur qazana bilməməsi maraqlı suallar doğurur.
Nəzərə almaq lazımdır ki, ölkənin informasiya məkanında TV-lər hələlik özünəməxsus yer tutur, təhsil və elm istiqamətli TV-yə ciddi ehtiyac var, qonşu olkələrlə müqayisədə TV-lərin sayı xeyli azdır, TV yayımı üçün özümüzün telekommunikasiya peykimiz var.
Müasir çağırışlar baxımından da təhsil yönümlü TV çox faydalı olardı.
 
Lakin bütün bunlara rəğmən MTRŞ-in efir tezliklərindən effektiv istifadə edə bilməməsi, milli TV yayımçıları formalaşdıra bilməməsi anlaşılan deyil və təəssüf doğurur.
 
 
Qeyd edək ki, Lisenziya üçün iddiaçılar aşağıdakılardı
 
“APA Mark” MMC,
“Təhsil TV” MMC,
“Balans Studiyası” MMC,
“İNS ÇM” MMC,
“İsti Press” MMC ,
“Medical Media” MMC.