Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-04 15:03:00
Müəllim: qazanılan şanlı qələbə şagirdlərdə böyük stimul yaratdı  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən Müharibəsi iştirakçısı olan müəllim Elnur Camiyevin bioqrafiyasını təqdim edirik.

 

AzEdu.az xəbər verir ki, Elnur Aydın oğlu Camiyev 1992-ci ildə anadan olub.

2009-cu ildə Bakı şəhəri 126 nömrəli tam orta məktəbi bitirib. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Gənclərin çağırışaqədərki hərbi hazırlıq və fiziki tərbiyə fakültəsində təhsil alıb.

İlk müəllimlik fəaliyyətinə 2018-ci ildə Qəbələ rayonu Yengicə kənd ümumi orta məktəbində başlayan E.Camiyev 2019-cu ildən paytaxtdakı 201 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində çalışır.

Vətən Müharibəsi başlayan kimi könüllü olaraq cəhbə bölgəsinə yollanan E.Camiyev Cəbrayıl və Qubadlı istiqamətlərində müvafiq döyüş tapşırıqlarını yerinə yetirib. Göstərdiyi xidmətlərə görə o, “Qubadlının azad olunmasına görə” medalına layiq görülüb.

Qarabağda əldə olunan böyük zəfərin şahidi və iştirakçısı olmaqdan qürur duyan E.Camiyev qazanılan şanlı qələbənin şagirdlərin təhsil həyatında da böyük stimul yaratdığını və onların Azərbaycanın çiçəklənməsi naminə gələcək fəaliyyətlərində daha əzmlə çalışacaqlarına inandığını söyləyir.