Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-04 10:24:00
AzTU Türkiyə universitetləri ilə əmakdaşlığa başlayıb 
Qardaş Türkiyə universitetləri ilə, o cümlədən Qazi Universiteti ilə ikili diplom proqramı çərçivəsində əməkdaşlıq sahəsində növbəti addım.
 
 
AzEdu.az xəbər verir ki bunu AzTU rektoru Vilayet Vəliyev öz facebook səhifəsində yazıb.
 
 
O bildirib ki , "AzTU-nun tələbələri üçün türk dilinin tədrisi, türk dilini tədris edəcək müəllimlər üçün təlim-tədris proqramlarının hazırlanması, texnologiya əsaslı türk dilinin tədrisi materiallarının əldə edilməsi sahələrində Yunus Emre İnstitutu ilə AzTU arasında əməkdaşlıq protokolu imzaladıq. Protokola əsasən, türk dili üzrə Səviyyə Müəyyənləşdirmə İmtahanı (SBS), türk dilinin beynəlxalq etibarlılığa malik olan və xarici tələbə qəbulunu asanlaşdıran Türkcə Yetərlik İmtahanlarının (TYS) keçirilməsi və imtahanda müvəfəqiyyət qazanan tələbələrə TYS sertifikatının verilməsi Yunus Emre İnstitutu tərəfindən həyata keçiriləcək."
 
Son olaraq uğurlar arzulayıb 
 
Bu gün imzaladığımız əməkdaşlıq protokolunun universitetimiz üçün xeyirli-uğurlu olmasını arzulayıram.