"UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayevi öz ərizəsinə əsasən tutduğu vəzifədən bu gün azad etdim".
AzEdu.az xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov şəxsi facebook səhifəsində yazıb:
"Dosent A.Rzayev öz işini mükəmməl bilən peşəkar, məsuliyyətli, yenilikçi, müasir tədris idarəedicisi kimi UNEC-in inkişafına ciddi töhfələr vermişdir. Anar müəllimə UNEC ailəsi adından təşəkkür edir və yeni işində nailiyyətlər arzu edirəm. Uğurlar!".