https://www.zirve.edu.az/ #
2021-07-31 13:50:00
ADMİU-nun tələbələri LDU-da olub-FOTO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin professor-müəllim heyəti və bir qrup tələbəsi 26-28 iyul tarixlərində Lənkərana səfər edib.

 

AzEdu.az xəbər verir ki, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, ADMİU-nun prorektoru, professor Validə Məmmədova, Rəssamlıq fakültəsi “Təsviri sənət” kafedrasının müdiri Rəşad Cabbarov, müəllimlərdən Zöhrab Cabbarov, Asim Bayramov və dizayn kafedrasının əməkdaşı Şərqiyyə Əfəndizadənin iştirak etdiyi səfərin əsas məqsədi tələbələrin təbiət mənzərələrində etüdlərinin keçirilməsi olub. ADMİU-nun müəllim və tələbələri səfər müddətində Lənkəran Dövlət Universitetinin (LDU) turizm təcrübə bazasında yerləşiblər.

 

Rəngkarlıq və qrafika ixtisasının müxtəlif kurslarında təhsil alan tələbələr səfər ərzində Lənkəranın gəzməli-görməli yerləri ilə tanış olub, təbiət mənzərələrini canlı seyr etmək,etüdlər işləmək imkanı qazanıblar.

 

Səfər çərçivəsində qonaqlar Lənkəran Dövlət Universitetinə də baş çəkiblər. LDU-nun rektoru, professor Natiq İbrahimov ADMİU-nun müəllim və tələbə heyətini universitetdə son illərdə aparılan quruculuq işlərilə əyani tanış edib. Qonaqlar LDU-nun yeni tədris korpusları, 160 yerlik tələbə yataqxanası, müasir tədris labaratoriyaları, tədris-təcrübə sahəsi, sitrus bağları, kənardan dəvət edilən müəllimlər üçün yaradılan mənzil-məişət şəraiti- xidməti evlərlə əyani tanış olublar. LDU-nun əsaslı təmir olunan Elmi kitabxanası ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. ADMİU-nun rektoru , professor Ceyran Mahmudova səmimi qarşılanmaya, qonaqpərvərliyə və yaradılan şəraitə görə professor Natiq İbrahimova minnətdarlıq bildirib.