Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) “Qaynar xətt”i gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.
İnstitutdan AzEdu.az-a bildirilib ki, metodistlərin, tədris işçilərinin sual və təkliflərinin ünvanladığı “Qaynar xətt”ə iyul ayı ərzində 76 müraciət daxil olub. Müraciətlərdən 63-ü yerində cavablandırılıb, 13-ü isə aidiyyəti üzrə yönləndirilib. Müraciətlərlə bağlı statistik məlumatlarla daha ətraflı infoqrafikada tanış olmaq mümkündür.
Qeyd edək ki, MDM-in “Qaynar xətt”i metodistlərin və tədris işçilərinin distant təhsil və onun təşkili ilə bağlı müraciətlərini qəbul etmək məqsədilə yaradılıb.