Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-06 09:52:00
700 bal toplayanlar ali məktəbdə necə oxuyur?

Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərərək, 700 bal toplayan tələbələr daim ictimaiyyətin diqqət mərkəzində olur.

Son illərin müşahidəsi göstərir ki, 700 bal toplayanların heç də hamısı tələbə olandan sonra təhsili yüksək nəticələrələ başa vura bilmir. Hətta, universiteti çox aşağı qiymətlərlə bitirənlər də olur.

AzEDU.az-ın əməkdaşı qış imtahan sessiyasının yeni başa çatmasını nəzərə alaraq, 2017-2018-ci tədris ilində maksimal nəticə göstərən abituriyentlər və onların valideynləri ilə əlaqə saxlayıb.

İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbin məzunu Vahab Cəbrayılov Bakı Ali Neft Məktəbində (BANM) Proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır. O, 1-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700  bal toplayıb.

tjhjhndffjfjfyh.jpg

Vahab Cəbrayılovun valideyni bildirib ki, övladı  qış imtahan sessiyasını uğurla başa vurub:“Vahab əlaçıdır və Bakı Ali Neft Məktəbinə gözlədiyimizdən tez uyğunlaşıb. O, ali məktəbin sosial tədbirlərində də çox fəal iştirak edir”.

Akademik Z.Əliyeva adına liseyin məzunu  Elmir Əhmədov Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır. Elmir1-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında maksimal nəticə göstərib:“Qış imtahan sessiyasında bütün qiymətlərim “A”-dır, yəni əlaçıyam. BANM-ın sistemi və mühiti ilə  yaxındantanış olmuşam.Rahatlıqla, universitetəuyğunlaşdığımı deyə bilərəm”.

28537616_1704128096315904_874347264_n.jpg

Ağcabədi rayonu 3 saylı məktəb liseyin məzunu Arzu Məmmədova  İqtisad Universitetinin  Beynəlxalq iqtisadi məktəb və maliyyə ixtisası üzrə təhsil alır. O, 2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında700 bal toplayıb.

28722440_1704128099649237_2073133837_n.jpg

Arzu Məmmədovanın valideyni  övladının qış imtahan sessiyasını əla qiymətlərlə başa vurduğunu söyləyib: “Qızım çox qısa bir zamanda təhsil aldığı universitetə tam uyğunlaşıb”.

Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədova Azərbaycan Diplomatik Akademiyasında təhsil alır. Pərvin 3-cü ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında maksimal nəticə göstərib:“ADA universitetində “zərbəçilik” və ya “əlaçılıq” deyə bir anlayış yoxdur. Qış imtahan sessiyasında aldığım bütün qiymətlər“A” -dır. ADA-da bu nəticəni əldə etmək üçün 93 baldan yuxarı bal toplamalısan.Akademiyada keyfiyyətli təhsilə görə qoyulan tələblər də çox ciddidir. Qəbul olduğum vaxtdan bugünə kimi müəllimlər, tələbələr tərəfindən çox isti münasibət görmüşəm. Burada düşdüyüm mühit sanki ailəm kimidir, bu səbəbdən də, onlara və ADA-ya tez uyğunlaşa bildim”.

28741304_1704128369649210_806733409_n.jpg

Bakı şəhəri 287 saylı 'Zəkalar' liseyinin məzunu Nemət Yusifov Azərbaycan Tibb Universitetində təhsil alır. 4-cü ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplayıb.

28833110_1704128102982570_866268489_n.jpg

Nemət Yusofovun valideyni də qeyd edib ki, övladı qış imtahan sessiyasında yüksək nəticə göstərib:“Nemət imtahanlarını çox yaxşı verib və zərbəçidir. Qısa bir zamanda da təhsil aldığı universitetin qaydalarında və düşdüyü mühitə tam uyğunlaşıb”.

Nəzrin Rüstəmova