Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-23 15:22:00
AzMİU-nun məzunu dünyanın ən yaxşı  universitetlərindən birinə  tam təqaüd  alıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informasiya texnologiyaları fakültəsinin məzunu, eyni zamanda universitetin İKT mərkəzinin əməkdaşı Laura Nəbiyeva dünyanın ən yaxşı - Top 500 Universiteti siyahısına daxil olan Beijing Institute of Technology-dən tam təqaüd (full scholarship) alıb.
 
 
AzEdu.az bildirir  ki, mühəndislik (computer science and technology) istiqamətində xarici universitetlərdən təqaüd alan azərbaycanlı tələbələrin sayı inanılmaz nisbətdə azlıq təşkil edir.
 
 
Qeyd edək ki, Laura daha əvvəl də Flex proqramı vasitəsilə bir il müddətində ABŞ-da təhsil alıb.