Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov universitet kollektivini9 Qurban bayramı münasibəti ilə təbrik edib.
AzEdu.az rektorun təbrikini təqdim edir:
"Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati texniki heyət üzvləri!
Əziz tələbələr, magistrantlar və məzunlar!
Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.
Bizi həmrəyliyə, mərhəmətə və xeyirxahlığa dəvət edən Qurban bayramını ərazi bütövlüyümüzün təmin olunması şəraitində keçirmək qürurvericidir.
Kəsdiyiniz qurbanların və etdiyiniz duaların qəbul olunmasını diləyir, ailələrinizə bol ruzi-bərəkət və firavanlıq arzulayıram.
Qurban bayramınız mübarək olsun!"