Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-16 15:21:00
Qəbul imtahanlarına ikinci dəfə qatılmağa şans verilsin-Valideynlər səsləndi -VİDEO-REPORTAJ

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 14-də İİİ ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

 

Abituriyentlər pandemiya qaydalarına uyğun olaraq növbə ilə imtahana buraxılıb. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların bədən hərarətləri yoxlanılıb və dezinfeksiya edici vasitələrdən istifadə edilib.

 

İyulun 14-ü İİİ ixtisas qrupu üzrə keçirilən imtahanda 21035 abituriyentin iştirakı gözlənilir.  Bu imtahanda abituriyentlərin toplaya biləcəyi maksimal bal 400-dür. Buraxılış imtahanlarında əldə etdikləri nəticə qəbul imtahanlarında topladıqları balın üzərinə əlavə olunacaq.

 

AzEdu.az III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanından videoreportajı təqdim edir:

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları