Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-07 12:41:00
Azərbaycanda hazırda 104 elmi müəssisə və təşkilat fəaliyyət göstərir  

Ali Attestasiya Komissiyasının səlahiyyətləri çərçivəsində elmi-pedaqoji kadr hazırlığında keyfiyyətin təmin edilməsi üçün son dövrdə əhəmiyyətli işlər görülüb. Görülən işlər və bu sahədə aparılan islahatlar çərçivəsində, həm elmin təşviq edilməsi, həm də bu sahədə şəffaflığın və obyektivliyin təmin olunması və ən vacibi ölkəmizdə yeni nəsil peşəkar tədqiqatçıların formalaşdırılması prinsipləri üstünlük təşkil edir.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev AAK və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi-tədqiqat müəssisələrinin akkreditasiya prosesinin gücləndirilməsi barədə birgə layihəsinin təqdimatında səsləndirib.

 

O diqqətə çatdırıb ki, hazırda ölkəmizdə 104 elmi müəssisə və təşkilat fəaliyyət göstərir. Onlardan 9-u fizika-riyaziyyat, 19-u texnika, 7-si Yer, 15-i kimya və biologiya, 11-i aqrar, 12-si tibb və 31-i humanitar və ictimai elmlər üzrə fəaliyyət göstərən müəssisələrdir.