İyulun 5-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Postpandemiya dövrü üçün milli əmək bazarının xüsusiyyətləri və məşğulluqla bağlı problemlər” mövzusunda onlayn seminar keçiriləcək.
UNEC-dən bildirilib ki, seminar UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, Əmək Bazarının Monitorinqi UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.
Onlayn seminara “Zoom” platforması üzərindən UNEC-in saytında yerləşdirilmiş link vasitəsilə qoşulmaq mümkündür. Tədbir UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.