İyunun 29-da saat 19:00-da 26-cı proqram üzrə magistratura ixtisas seçimində iştirak edəcək namizədlər üçün UNEC-Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi - BMDM tərəfindən canlı yayım olacaq.
AzEdu.az xəbər verir ki, canlı yayımda 26-cı proqram (iqtisadiyyat və idarəetmə ixtisasları) üzrə UNEC BMDM-in əməkdaşları tərəfindən mərkəz haqqında, tədris və tədqiqat prosesi, xaricdə təcrübə, təhsil və imkanları, təhsil haqları barədə məlumatlar veriləcək. Eləcə də ixtisas seçimi edəcək namizədlərin sualları cavablandırılacaq.
Canlı yayım UNEC-in (unecedu) və BMDM-in (//www.facebook.com/unecbmdm) rəsmi facebook səhifələrindən canlı yayımlanacaq.