Azedu.az

UNEC-də əcnəbi tələbələrin qəbulu davam edir

Ali təhsil

29 İyun 2021, 15:04
UNEC-də əcnəbi tələbələrin qəbulu davam edir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir.

 

AzEdu.az xəbər verir ki, müraciət etmək istəyən əcnəbi namizədlərin aşağıdakı link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur: //kabinet.unec.edu.az/az

 

İkili vətəndaşlığı və daimi yaşayışı icazəsi olmayan əcnəbi vətəndaşlar müraciət edə bilərlər.

 

Müraciət üçün son tarix: 31 avqust 2021-ci il.

 

Müraciət üçün əlaqə: [email protected]

 

Qeyd: Bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərin xarici diplomlarını Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox