https://www.zirve.edu.az/
05.03.2018 19:30
Azərbaycanın bu universitetini bitirən kubalılar ölkələrində yüksək vəzifələrdə çalışırlar
Çap et

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu vaxta qədər 200-dən çox kubalı mütəxəssis yetişib.

Bunu universitetin rektoru, professor Mustafa Babanlı martın 5-də Kubanın ölkəmizdəki səfiri Alfredo Nieves Portuondo ilə görüşündə deyib.

AzEDU.az xəbər verir ki, universitetdən AZƏRTAC-a bildirilib ki, rektor qonağa ADNSU-nun tarixi, əcnəbi tələbələri, tədris prosesi, eləcə də Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib. M.Babanlı universitetə yenidən kubalı tələbələrin cəlb olunmasının əhəmiyyətini qeyd edib.

ADNSU-nun bir çox kubalı məzunları olduğunu diqqətə çatdıran səfir A.N.Portuondo həmin mütəxəssislərin Kubada xüsusilə seçildiklərini və işlədikləri sahədə peşəkar kadr olduqlarını vurğulayıb. Səfir Kubada da neft üzrə kadr hazırlayan ali təhsil müəssisələri olmasına baxmayaraq, ölkəsinin ADNSU-nun bu sahədə geniş təcrübəsindən faydalanmaq istədiyini bildirib. O, ADNSU-da magistratura pilləsinə kubalı tələbələrin cəlb olunmasının əhəmiyyətini xüsusi qeyd edib.