https://www.zirve.edu.az/ #
2021-06-25 12:39:00
Kolleclərə qəbul olmaq üçün 27 mindən artıq abituriyent ərizəsini təsdiqlədib  

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu iyunun 29-dək internet vasitəsilə aparılır. Bu gün saat 11:35-ə olan məlumata görə, 26247 abituriyent (Azərbaycan bölməsi - 27546; rus bölməsi - 742) ərizəsini təsdiqlədib.

 

Qeyd edək ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının müvafiq səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər. Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”dəki hesablarına əlavə edirlər. Həmin məbləğ ərizə təsdiq olunduqda onların müvafiq hesabından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən ona təqdim olunur.