Azedu.az

 Müəllimlərin daimiləşməsi üzrə müsahibə mərhələsinin nəticələri açıqlanıb  

Müəllimlər və elm adamları

Təhsil Nazirliyi

Peşə təhsili-faydalı məlumat və xəbərlər

23 İyun 2021, 13:48
 Müəllimlərin daimiləşməsi üzrə müsahibə mərhələsinin nəticələri açıqlanıb  

Peşə təhsil müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin müddətsiz müqavilə ilə daimiləşməsi üzrə müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  bildirilib ki, müsahibə mərhələsində müvafiq fənlər üzrə ümumilikdə 31 ümumtəhsil fənn müəllimi iştirak edib. Müddətsiz müqavilə ilə daimiləşmək üçün həyata keçirilən mərhələsi onlayn formatda təşkil olunub. Seçim zamanı müsahibə komissiyası tərəfindən iştirakçının ixtisas, pedaqoji və tədris ilə bağlı bilik və bacarıqları qiymətləndirilib. Müsahibədə uğur qazanmış 26 müəllimlə peşə təhsil müəssisələri tərəfindən müddətsiz əmək müqaviləsinin bağlanılmasına müsbət rəy verilib. Müsahibənin nəticələri ilə bağlı məlumatlar namizədlərə SMS vasitəsilə təqdim olunub.

Xatırladaq ki, tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbul qaydalarına uyğun olaraq mərkəzləşdirilmiş test mərhələsi təşkil edilib və müəllimlərim işə qəbulu müsabiqəsinin test imtahanı nəticələrinə əsasən müvafiq namizədlər peşə təhsil müəssisələrində vakansiyalar üzrə yerləşdirilib. Sözügedən müəllimlər ilə müddətsiz əmək müqaviləsinin bağlanması üçün müsahibə mərhələsinin təşkilinə pandemiya ilə əlaqədar yalnız may ayından etibarən başlanılması mümkün olub.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox