Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-05 18:07:25
Bu nüfuzlu universitet azərbaycanlı tələbələri qəbul etməyə hazırdı

"Belarusun Polesk Dövlət Universitetini seçən azərbaycanlı abituriyentlər peşman olmayacaqlar".

AzEDU.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda Belarus Təhsil Günləri çərçivəsində keçirilən sərginin iştirakçısı, Polesk Dövlət Universitetinin əlavə təhsil fakültəsinin dekanı Olqa Xmel səsləndirib. O bildirib ki, Pinsk şəhərində yerləşən bu ali təhsil ocağı iqtisadiyyat, biotexnologiya, sağlam həyat tərzinin təşkili, bank işi və əlavə təhsil olmaqla, beş fakültədən ibarətdir. Universitet on üç ixtisas üzrə mütəxəssislər hazırlayır. Burada magistratura, aspirantura və doktorantura səviyyəsində yüksək ixtisaslı mütəxəssis hazırlığı aparılır. Universitetin nəzdində bütün müasir tələblərə cavab verən idman kompleksi fəaliyyət göstərir.

O.Xmel Bakıda Belarus Təhsili Günlərinin yüksək səviyyədə təşkilinə görə Belarusun ölkəmizdəki səfirliyinə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına təşəkkürünü bildirib.