Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-14 13:26:00
Tələbə-rektor qrup nümayəndələri ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə-rektoru Əli Abdullazadə və bütün fakultələrin I, II, III və IV kurslarının qrup nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, məqsəd yay imtahan sessiyasının gedişi ilə bağlı qrup nümayəndələrindən ətraflı məlumat almaq və tələbələrin qarşılaşdıqları problemlərin həllinə nail olmaqdır. Görüş zamanı imtahan sessiyasının gedişi haqqında müsbət fikirlər səsləndirilib.

Tələbə-rektor onlayn müraciətlər haqqında görüş iştirakçılarına məlumat verib.