Azedu.az

Deputat təhsil haqqını ödəyə bilməyən tələblərlə bağlı çağırış edib  

Ali təhsil

11 İyun 2021, 12:00
Deputat təhsil haqqını ödəyə bilməyən tələblərlə bağlı çağırış edib  

“Bəzi ailələrin övladları var ki, onlar təhsil haqqını ödəyə bilmirlər. Ona görə də imtahana buraxılmırlar”.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında deyib.

 

“Təklif edirəm ki, bu məsələ ilə bağlı aiddiyyyatı komitə Təhsil Nazirliyi ilə müzakirələr aparsın və həmin tələbələrə ilin sonunadək təhsil haqqını ödəməyə vaxt verilsin. Həmin tələbələr isə imtahana buraxılsınlar.”, - deputat vurğulayıb.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox