Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-10 19:47:00
Təhsil naziri:Pandemiya təhsil sahəsinə müsbət təsir etmədi

“44 günlük müharibədə Azərbaycan müəllimləri də iştirak etdi”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev şəxsi facebook səhifəsində açdığı canlı yayım zamanı deyib.

 

O qeyd edib ki, bu ilki tədris ili fərqli oldu: “Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qalib gəldi. Bu müharibədə Azərbaycan müəllimləri də iştirak ediblər. Bu tədris ilinin təsirlərini biz uzun illər hiss edəcəyik.Eyni zamanda bu tədris ilində arada pandemiyaya görə xeyli fasilələrə gedəsi olduq. Birmənalı olaraq COVİD pandemiyası təhsil sahəsinə müsbət təsir etmədi, təhsilimiz kifayət qədər çətin proseslə üz-üzə qaldı”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları