![](https://azedu.az/uploads/news/2021/06/azedu.az_doktorantura_761.jpg)
2021-ci il iyun ayında keçiriləcək doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı, həmçinin xarici dillər üzrə fəlsəfə doktoru imtahanları əvvəlki qaydada - dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olmaqla təşkil olunacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, imtahanlarda iştirakçıların danışıq sahəsində bacarıq və vərdişləri yoxlanılmayacaq. Proqramlar üzrə yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan bacarıqlar və imtahanın strukturu haqqında DİM-in internet saytında əlavə məlumat yerləşdiriləcək.
Lakin gələcəkdə imtahan verəcək namizədlər (iddiaçılar) nəzərə almalıdırlar ki, xarici dillər üzrə doktoranturaya növbəti qəbul və fəlsəfə doktoru imtahanlarından başlayaraq iştirakçıların xarici dilləri bilmə səviyyəsi qiymətləndirilərkən onların digər dil bacarıq və vərdişləri ilə yanaşı, danışıq sahəsində bacarıq və vərdişlərinin yoxlanılması da nəzərdə tutulur.
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında da növbəti imtahanlardan etibarən danışıq sahəsində bacarıq və vərdişlərinin yoxlanılması həyata keçiriləcək.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)