Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-09 17:13:00
Dövlət qulluğuna qəbul üzrə test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb  

Aprelin 11-də dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından (B növü) müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən əldə edə bilərlər.