Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-09 15:37:00
BMU-nun builki qəbul planına 6 yeni ixtisas əlavə olunub  

Bakı Mühəndislik Universitetinin (BMU) 2021/2022-ci tədris ili üçün bakalavr və magistratura səviyyələri üzrə tələbə qəbulu planı təsdiqlənib. 

 

BMU-nun bakalavr pilləsində 30 ixtisas üzrə ümumilikdə 1190 plan yeri ayrılıb. Onlardan 690 yer Azərbaycan bölməsi, 500 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub.

 

BMU-nun magistr pilləsində 18 ixtisas və 23 ixtisaslaşma üzrə 250 yer ayrılıb. Onlardan 215 yer Azərbaycan bölməsinin, 35 yer  ingilis bölməsinin payına düşür.

 

BMU-nun MBA proqramında isə 6 ixtisaslaşma üzrə 115 yer ayrılıb. Onlardan 85 yer Azərbaycan, 30 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub.

 

Növbəti tədris ili üçün qəbul planında bir sıra yeniliklər də öz əksini tapıb. Belə ki, BMU-ya 6 yeni ixtisas - Kompüter elmləri (bakalavr), magistratura səviyyəsinə - Kibertəhlükəsizlik (SABAH), Elektroenergetika mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Memarlıq   ixtisasları üzrə tələbə qəbulu həyata keçiriləcək.

 

BMU-nun Koreya Respublikasının İnha Universiteti ilə ötən tədris ilində icrasına başladığı birgə ikili diplom proqramları üzrə Elektrik və elektronika mühəndisliyi, İnformasiya texnologiyaları və İnşaat mühəndisliyi ixtisaslarında bakalavr hazırlığı yeni tədris ilində də davam etdiriləcək və dövlət sifarişi əsasında aparılacaq. Elektrik və elektronika mühəndisliyi, İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi ixtisaslarında bakalavr hazırlığı Koreya Respublikasının İnha Universiteti ilə birgə ikili diplom proqramları üzrə dövlət sifarişi əsasında aparılacaq. 2 mərhələdən ibarət olan imtahanın 2-ci mərhələsi (müsahibə) İnha Universiteti tərəfindən aparılacaq (https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/).

 

Bakalavr pilləsində ingilisdilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır. Memarlıq və dizayn ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb. 

 

Magistratura səviyyəsi üzrə Kibertəhlükəsizlik  ixtisaslaşmasına qəbul olunmaq üçün müsabiqədə bakalavriat səviyyəsini Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, İnformasiya texnologiyaları və Sistem mühəndisliyi ixtisaslarından birini bitirən şəxslər iştirak edə bilər. Müəyyən olunmuş keçid balını toplamış namizədlərin ali təhsil müəssisəsinə qəbulu müvafiq tədris müəssisəsi tərəfindən müsabiqə əsasında aparılır. Bu ixtisaslaşma üzrə müsabiqə Azərbaycan və rus bölməsi üzrə birgədir. Tədris Azərbaycan dilindədir. Tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılan ixtisaslaşmaya 100 yer ayrılıb. 

 

Xatırladaq ki, bakalavr pilləsi üzrə ötən ilin qəbul planında da yeni ixtisaslar - İnformasiya təhlükəsizliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasları yer almışdı.