Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-09 14:24:00
Buraxılış  işinin  müdafiəsi  də  ləğv  edilir? – Rəsmi  CAVAB

Nazirlər  Kabinetinin  qərarına  əsasən, bakalavriat səviyyəsində  tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə  uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar. 

 

İxtisas  üzrə  buraxılış  yekun  dövlət  imtahanından  və  ya  buraxılış  işinin müdafiəsindən  ibarətdir.

 

AzEdu.az  xəbər verir ki, qərara  əsasən, bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə dövlət attestasiyası məcburidir.

 

Ancaq, bu səviyyədə  digər  ixtisaslar  üzrə  təhsil  alan  tələbələr  yekun  dövlət  attestasiyasından (həm  dövlət  imtahanı, həm  də  buraxılış  işinin  müdafiəsindən) azaddırlar.

 

Mövzu  ilə  bağlı, Təhsil Nazirliyinin Elm, ali və orta  ixtisas  təhsili şöbəsinin müdiri Nicat Məmmədli qeyd  edib  ki, təhsil dövründə bütün şərtləri yerinə yetirən tələbələr yekun  attestasiyadan  azad edilmiş hesab edilir. Bu qərar özəl ali təhsil müəssisələrinə də aiddir.

 

Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur.

 

Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.

 

 Qeyd  edək  ki, bu Qərar 2021-ci il oktyabrın 1-dək qüvvədədir.