Azedu.az

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

Ali təhsil

2 İyun 2021, 16:13
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

Yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.

MDU-dan AzEdu.az-a bildiriblər ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan

 

“Açıq qapı” günləri iyunun 3-dən başlayaraq imtahan sessiyası ərzində hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunacaq.

 

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə biləcəklər.

Görüşlərə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox