Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının dosenti Qasım Manafov Rusiya Federasiyasının Həştərxan Dövlət Universitetinin “Xəzər 2021: Dayanıqlı inkişafın yolları” beynəlxalq forum çərçivəsində təşkil etdiyi “Beynəlxalq nəqliyyat dəhlizləri və logistika mərkəzləri” adlı bölmə üzrə "Rəqəmsal dövrdə Xəzər" beynəlxalq konfransında iştirak edib.
AzEdu.az xəbər verir ki, Q.Manafov konfransda “Xəzəryanı nəqliyyat dəhlizlərinin inkişaf tendensiyaları” adlı məqalə ilə çıxış edib. Məqalədə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin ölkə ərazisindən keçən qərb haçalanmasının perspektiv olduğu əsaslandırılıb və gələcək fəaliyyət istiqamətləri qeyd olunub.
