Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Alıyevin təqdimatında iyunun 2-də “İşsizlik siyasətində həyat məmnuniyyəti əsaslı yanaşmanın tətbiqi imkanları” mövzusunda onlayn seminar keçiriləcək.
Universitetdən AzEdu.az-a bildirilib ki, seminar UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Empirik Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.
Onlayn seminara UNEC-in saytında yerləşdirilmiş link vasitəsilə qoşulmaq mümkündür.