Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-01 11:24:00
Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibədə 24 nəfər uğur qazanıb  

Dövlət orqanlarında 46 vakant vəzifə üzrə bu il martın 15-də elan olunmuş ümumi müsahibə davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Regional mərkəzlərlə iş şöbəsi, məsləhətçi (1 vakant yer üzrə 21 namizəd), Məhkəmə-Hüquq Şurası, Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektoru, məsləhətçi (2 vakant yer üzrə 21 nəfər) vəzifələri olub. Bu günə olan məlumata görə, müsahibələrdə 24 nəfər uğur qazanıb.

 

Mayın 3-dən keçirilən müsahibələrdə iştirak üçün 236 nəfər müraciət edib. Müsahibələrin iyunun 11-dək keçirilməsi planlaşdırılır.