Azedu.az

AzTU-nun professoru beynəlxalq telekörpüdə iştirak edib

Ali təhsil

31 May 2021, 16:50
AzTU-nun professoru beynəlxalq telekörpüdə iştirak edib

Faşizm üzərində qazanılan Qələbənin 76-cı ildönümünə həsr olunmuş onlayn beynəlxalq telekörpü keçirilib.

 

AzEdu.az xəbər verir ki, telekörpüdə Azərbaycan, Rusiya, Belarus, Tacikistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstandan nümayəndələr iştirak edib. Tədbirdə ölkəmizi Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Tofiq Mansurov  təmsil edib.

 

Telekörpü iştirakçıları öz ölkələrində yaşayan Böyük Vətən müharibəsi veteranlarının sayı, Sovet İttifaqı Qəhrəmanı adı almış vətəndaşları haqqında ətraflı məlumat verib.

 

Tədbirdə belə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyi qeyd edilib.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox