Azedu.az

UNEC ilə Türkiyənin Altınbaş Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb  

Ali təhsil

27 May 2021, 15:14
UNEC ilə Türkiyənin Altınbaş Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb  

Türkiyənin Altınbaş Universitetinin rektoru, professor Çağrı Erhan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovla görüşüb.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, görüşdə Ədalət Muradov UNEC-in tədris prosesi, akademik heyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. O, UNEC-in dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini, ikili diplom, mübadilə və birgə diplom proqramları həyata keçirdiyini diqqətə çatdırıb.

 

Rektor Çağrı Erhan isə Altınbaş Universiteti barədə məlumat verib. Sonra hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub.

 

Müzakirələrdən sonra UNEC ilə Altınbaş Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanıb.

 

Memoranduma əsasən, hər iki universitet arasında birgə konfransların keçirilməsi, tədqiqat işlərinin aparılması, tələbə və akademik heyətin mübadiləsi və s. nəzərdə tutulub.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox