Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-24 17:51:00
Tacikistanda təqaüd proqramına qəbul davam edir  

Tacikistanın Təhsil və Elm Nazirliyi 2021/2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul davam edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a  bildirilib ki, bakalavriat, magistratura, doktorantura təhsil səviyyəsini əhatə edən təqaüd proqramı üzrə təhsil almaq üçün 4 yer ayrılıb. Tədris dili rus və ingilis dilidir. Proqrama mayın 31-dək müraciət etmək olar. Ətraflı məlumatla Təhsil Nazirliyinin rəsm saytında tanış olmaq mümkündür.

 

Qeyd edək ki, təqaüd proqramı Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 10 avqust 2018-ci il tarixində imzalanmış protokola uyğun olaraq elan edilib.