Azedu.az

UNEC-də kompozit materiallar mövzusunda elmi seminar keçiriləcək

Ali təhsil

17 May 2021, 13:01
UNEC-də kompozit materiallar mövzusunda elmi seminar keçiriləcək

UNEC-də Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin rəhbəri professor Rövnəq Rzayevin moderatorluğu ilə  “Kompozit materiallar – müasir texnologiyalar, aktual problemlər” mövzusunda onlayn seminar keçiriləcək. Seminarda mərkəz üzvləri f.ü.f.d. Tural Nağıyev,  f.e.d. Tahir İbrahimov,  dos. Sakin Cabbarov, dos. Əli Xəlilov mövzu ilə bağlı məruzələrlə çıxış edəcəklər.

 

AzEdu.az xəbər verir ki, seminar UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Kompozit Materiallar Emi-Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

 

22 may 2021-ci il tarixində saat 11.00-da keçiriləcək onlayn seminara ZOOM platforması üzərindən //zoom.us/j/91812138447  linki vasitəsilə qoşula bilərsiniz.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox