Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-12 12:33:00
Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə AzTU-nun müəllim və tələbə heyətini təbrik edib

AzTU rektoru Vilayət Vəliyev universitetin müəllim, tələbə və əməkdaşlarını Ramazan bayramı münasibəti ilə təbrik edib.

 

AzEdu.az rektorun təbrikini təqdim edir:

 

Hörmətli müəllimlər, əməkdaşlar, əziz tələbələr!

 

Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm!

 

Əzəməti hədsiz olan bu mübarək bayram insanlara böyük sevinc bəxş edir.

 

Mərhəmət, xeyirxahlıq, mili-mənəvi birlik, humanizm, şəfqət ayı olan Ramazan səbr, dözüm, yardımsevərliyi aşılayır. Hər il bu bayramda Vətənimizin ərazi bütövlüyünün azad olması üçün etdiyimiz dualar şükür ki, Allah dərgahında qəbul olundu. Bu il biz müqəddəs bayramı qalib ölkə kimi qeyd edirik. İndi qalib ölkə olaraq qarşımızda daha ciddi hədəflər və işlər dayanır. İnanıram ki, builki bayramda da edilən dualar, niyyətlər Tanrı dərgahında qəbul olunacaq və Uca Allah öz mərhəmətini ölkəmizdən əsirgəməyəcək.

 

Bir daha hər birinizi təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzu edirəm!

 

Ramazan bayramınız mübarək!