Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-06 17:02:00
Azərbaycanda bir şagirdi olan iki məktəb var - Təhsil Nazirliyi

Azərbaycanda ən az şagird sayı olan məktəblər açıqlanıb.

 

AzEdu.az-ın məlumatına görə, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisələrində şagird sıxlığı əhalinin məskunlaşma faizinə düz mütənasib olaraq dəyişir:

 

"Belə olan halda sorğunuza cavab olaraq bildiririk ki, respublikada ən az şagirdi olan 2 məktəb var. Onlar Lerik rayon Təndül kənd və Şabran rayon Leyti kənd ibtidai məktəbləridir. Adıçəkilən təhsil müəssisələrində 1 nəfər təhsil alan qeydə alınıb".