Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-05 11:52:00
AzTU ilə Sumqayıt Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalandı

Azərbaycan Texniki Universiteti (AzTU) və “Sumqayıt Texnologiyalar Parkı” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

AzEdu.az xəbər verir ki, memorandumu rektor Vilayət Vəliyev və şirkətin baş direktoru Ruslan Ağabəyli imzalayıb.

 

Sənədə əsasən, AzTU tələbələrinin MMC-də istehsalat təcrübəsi keçmələrinə və şirkətin texniki bazasından yararlanmalarına şərait yaradılacaq.

 

Həmçinin istehsalat təcrübəsində fərqlənən tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi də nəzərdə tutulur.

Bundan başqa, tərəflər tələbələrin texniki ixtisaslara maraqlarının artırılması üçün innovativ həllərə əsaslanan proqramların hazırlanması, tətbiq və təbliğ olunması istiqamətində də əməkdaşlıq edəcək.

 

Əməkdaşlıq çərçivəsində sənayenin müxtəlif sahələri üzrə kadr ehtiyaclarının ödənilməsi üçün gənc peşəkarların hazırlanması, ölkənin gələcəyinə töhfə vermək istiqamətində bir sıra layihələrin həyata keçirilməsi də planlaşdırılır.