Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-05 11:39:00
“Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə vitse-prezidenti BANM-da  olub   

 

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və “Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə vitse-prezidenti Kolton Tomas, Biznes Əlaqələri üzrə baş menecer Xose İnciarte arasında görüş keçirilib. Görüşün əsas məqsədi tərəflər arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

 

AzEdu.az-ın məlumatına görə, qonaqları salamlayan Elmar Qasımov Ali Məktəbin fəaliyyətinin əsas istiqamətlərindən danışıb, BANM-ə ölkənin ən intellektual gənclərinin qəbul olduğunu və Ali Məktəbin Prezident təqaüdçülərinin sayına görə ölkə reytinqində ilk sıralarda qərarlaşdığını diqqətə çatdırıb.

 

E.Qasımov həmçinin məzunların böyük əksəriyyətinin aparıcı yerli və transmilli şirkətlərdə yüksək pozisiyalarda çalışdığını qeyd edib. Həmin şirkətlər arasında “Halliburton” şirkətinin də olduğunu vurğulayan rektor bu səmərəli əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.  

 

 “Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə vitse-prezidenti Kolton Tomas BANM-lə əməkdaşlığa şirkət tərəfindən böyük önəm verildiyini qeyd edib və Ali Məktəbin tələbələrinin təcrübə proqramı dövründə çox fəal olduqlarını, məzunlarının isə özlərini perspektivli gənc mütəxəssislər kimi sübut etdiklərini bildirib.

 

Kolton Tomas həmçinin şirkətin BANM-lə əməkdaşlıq əlaqələrinin güclənməsində çox maraqlı olduqlarını vurğulayıb.

 

Görüşdə bu il keçiriləcək Yay Təcrübə Proqramına daha çox BANM tələbələrinin cəlb olunması müzakirə olunub. Eyni zamanda, onlayn olaraq təcrübə təşkil olunması təklif olunub. “Halliburton” şirkətinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən top menecerlərin tələbələr qarşısında spiker kimi çıxışı etməsi də müzakirə mövzusu olub.

 

İlk dəfə Bakı Ali Neft Məktəbində olan Kolton Tomas Ali Məktəbdə yaradılan təlim-tədris mühiti ilə yaxından tanış olub.