Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-03 17:51:00
Kimlər yerdəyişmədə iştirak edə bilər - RƏSMİ  

 

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir. Müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, hazırda müəllimləri ən çox narahat edən məsələlərdən biri də müsabiqədə kimlərin iştirak edə bilməsidir.

 

İnsan Resursları Mərkəzi mövzu ilə  bağlı rəsmi feybuq hesabında namizədlərin suallarını cavablandırıb:

 

 

SUAL: İşə yeni qəbul olunan müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməməsi ilə bağlı məlumat yayılıb. İşə yeni qəbul olunan müəllimlər yerdəyişmə edə biləcək?

 

 

CAVAB: Cari tədris ili üzrə müddətsiz müqavilə əsasında işə qəbul olunan şəxslər müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edə biləcək.