Azedu.az

UNEC Türkiyənin onlayn beynəlxalq təhsil sərgisində iştirak edib

Ali təhsil

28 Aprel 2021, 11:56
UNEC Türkiyənin onlayn beynəlxalq təhsil sərgisində iştirak edib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Türkiyənin onlayn formatda təşkil etdiyi “a2 Beynəlxalq təhsil sərgisi”ndə iştirak edib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, beynəlxalq sərgidə Avropa, Amerika və digər xarici ölkələrin 41 təhsil və tədris müəssisəsi təmsil olunub.

 

İqtisad Universitetinin də qatıldığı ilk onlayn sərgidə 5 mindən çox tələbə qeydiyyatdan keçib. UNEC-in stendini ziyarət edən tələbələr universitetlə bağlı ətraflı məlumatlandırılıb.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox