Azedu.az

UNEC-də beynəlxalq elmi-praktik konfrans keçiriləcək  

Ali təhsil

27 Aprel 2021, 14:01
UNEC-də beynəlxalq elmi-praktik konfrans keçiriləcək  

İyulun 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, konfransın məqsədi Azərbaycanın işğaldan azad olunan ərazilərinin mövcud vəziyyətini, “Böyük Qayıdış”ın sosial, iqtisadi, demoqrafik və infrastruktur məsələlərini, eləcə də əhalinin yaşayış təminatını elmi əsaslarla beynəlxalq səviyyədə müzakirə etməkdən ibarətdir.

 

Konfrans üçün materiallar iyunun 8-dək qəbul ediləcək.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox