Azedu.az

AzTU və “İmagro” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Ali təhsil

26 Aprel 2021, 17:29
AzTU və “İmagro” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “İmagro” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

AzEdu.az xəbər verir ki, memoranduma əsasən, Elektrotexnika və avtomatika, Nəqliyyat və logistika fakültələrində təhsil alan tələbələrin şirkətdə istehsalat təcrübəsinə cəlb edilməsi təmin ediləcək. Məşğulluğun inkişafına dəstək məqsədilə tələbə və məzunların daxili müsahibə əsasında şirkətdə işə qəbulu da nəzərdə tutulub. Bundan başqa, tərəflər elmi-texniki, innovativ və texnoloji yeniliklərin tətbiqi, müştərək layihələrin hazırlanaraq icra edilməsi, informasiya mübadiləsinin həyata keçirilməsi istiqamətində də əməkdaşlıq edəcək.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox