Azedu.az

Azərbaycan Texniki Universiteti Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə müqavilə imzalayıb  

Ali təhsil

24 Aprel 2021, 13:17
Azərbaycan Texniki Universiteti Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə müqavilə imzalayıb  

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında təlim xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.

AzTU-dan  bildirilib ki, müqaviləyə əsasən, universitetin əməkdaşlarına agentlik tərəfindən “Strateji idarəetmədə keyfiyyət təminatı”, “Daxili keyfiyyət təminatı” və “Xarici keyfiyyət təminatı” başlıqları altında 11 fərqli mövzuda təlimlər keçiriləcək. Təlimlərin peşəkar ekspertlər tərəfindən keçirilməsi və ilkin olaraq onlayn (məsafədən), daha sonra zərurət yarandıqda pandemiya qaydalarına uyğun olaraq oflayn (yerində) təşkili nəzərdə tutulur.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox