Azedu.az

UNEC-də “Creative Spark” layihəsi çərçivəsində təlimlər keçirilib - FOTO

Ali təhsil

22 Aprel 2021, 13:50
UNEC-də “Creative Spark” layihəsi çərçivəsində təlimlər keçirilib - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “British Council” tərəfindən elan olunan “Creative Spark” layihəsi çərçivəsində təlimlər keçirilib.

 

AzEdu.az xəbər verir ki, UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarəolunması şöbəsinin koordinasiyası və Qrinviç Universitetinin tərəfdaşlığı ilə keçirilən təlimlər startap ideyaları, “business canvas” modeli və istifadə metodları, eləcə də məhsulun brendinqi və təqdimat bacarıqlarının artırılması mövzusularında olub.

 

Təlimdə iştirak edən UNEC müəllimləri sahibkarlıq sahəsində yeni praktiki və nəzəri biliklər əldə ediblər.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox